17:30 - 6.11.2025
6 noyabr, Fineko/abc.az. Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən ABC.AZ-a verilən məlumata görə, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qaraağac " hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.
Bu səbəbdən, noyabrın 7-də saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
14 Yanvar 2026
14 Yanvar 2026
14 Yanvar 2026
14 Yanvar 2026
14 Yanvar 2026
12 Yanvar 2026