Neft bahalaşır, Brentin bir bareli $63,65 təşkil edir

09:20 - 7.11.2025


7 noyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri Cümə günü hərracda ardıcıl üç seansın sonunda düşdükdən sonra yüksəlir və bu həftəni mənfi göstərici ilə başa vurur.

Saat 09:15-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçersləri $0,27 (0,43%) artaraq bir barel üçün $63,65-a yüksəldi. Noyabrın 6 – da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,14 (0,22%) ucuzlaşaraq bir barel üçün $63,38 təşkil edib.

Saat 09:15-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri $0,31 (0,52%) artaraq bir barel üçün $59,74-a yüksəlib. 6 noyabr ticarətinin nəticələrinə görə,  WTI neftinin dekabr fyuçersləri $0,17 (0,29%) ucuzlaşaraq bir barel üçün $59,43-a düşüb.

Bu həftə Brent markalı neft 1,73%, WTI nefti isə 2,03% ucuzlaşıb.