“Qafqaznet” MMC hesabat açıqladı - Mənfəəti 32 milyon manat azalıb

10:46 - 7.11.2025


7 noyabr, Fineko/abc.az. 2024-cü il gəlir baxımından IT şirkəti “Qafqaznet” MMC üçün uğursuz bir müddət olub.

ABC.AZ xəbər verir ki, şirkətin konsolidasiya edilmiş maliyyə hesabatına görə, ötən il ərzində əsas əməliyyat gəlirləri 2023-cü illə müqayisədə 32% azalaraq 11 milyon manatdan 7,5 milyon manata enib. Satışın maya dəyəri isə 7,7 milyon manatdan 4,8 milyon manata düşüb. Yerigəlmişkən, 2023-cü il bu şirkətin tarixində ən yüksək həcmli satış ili olub.

Nəticədə ümumi mənfəət 3,3 milyon manatdan 2,7 milyon manata geriləyib.

Əməliyyat mənfəəti də azalma göstərib – 2023-cü ildə 2,1 milyon manat olduğu halda, 2024-cü ildə bu göstərici 848 min manat təşkil edib. Maliyyə xərcləri 12 min manatdan 37 min manata yüksəlib.

Vergitutmadan əvvəl mənfəət 2,1 milyon manatdan 811 min manata düşüb. Yekunda şirkətin xalis mənfəəti 1,7 milyon manatdan 685 min manata qədər azalıb – yəni illik müqayisədə təxminən 60% geriləmə qeydə alınıb.

Aktivlərin həcmi də azalaraq 4,6 milyon manatdan 2,9 milyon manata enib. Xüsusilə pul vəsaitləri və onların ekvivalentləri 3,1 milyon manatdan 1,5 milyon manata düşüb.