12:26 - 7.11.2025
7 noyabr, Fineko/abc.az. “PAŞA Bank” ASC və “Express Bank” ASC tərəfindən “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərinin pozulmasına yol verildiyi müəyyən edilib.
ABC.AZ Azərbaycan Mərkəzi bankının açıqlamasına istinadən xəbər verir ki, bu səbəbdən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən və İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq hər iki bankın vəzifəli şəxsləri 2 000 manat məbləğində inzibati qaydada cərimə olunub.
Qeyd olunur ki, hesabatlıq forması üzrə aşkar edilmiş pozuntular bankların maliyyə dayanıqlılığına təhdid yaratmır.
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
10 Dekabr 2025
10 Dekabr 2025
11 Dekabr 2025