Mərkəzi Bank: Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

14:54 - 7.11.2025


7 noyabr, Fineko/abc.az. Noyabrın 8-dən 11-dək qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.

Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 166 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.

Bayram günlərində iş qrafiki:

Banklar

Azərpoçt MMC

Valyuta mübadilə məntəqələri.