“ExxonMobil”, “Energean” və “Helleniq Energy” ilə birlikdə Yunanıstanın şelfində qaz kəşfiyyatı müqaviləsi imzalayıb

15:33 - 7.11.2025


7 noyabr, Fineko/abc.az. Amerikanın “ExxonMobil” şirkəti Yunanıstanın şelfində təbii qaz yataqlarının kəşfiyyatı üçün “Energean” və “Helleniq Energy” ilə müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, “ExxonMobil”in qlobal kəşfiyyat rəhbəri Con Ardillin sözlərinə görə, layihə plana uyğun gedərsə, Qərbi Yunanıstanda blok 2-də ilk qazın 2030-cu illərin əvvəllərində gözlənilir.

Layihə 50-100 milyon dollar arasında investisiya tələb edəcək. “ExxonMobil” səhmlərin 60%-ni alacaq və sınaq qazma işləri uğurlu olarsa operator olacaq.