16:04 - 7.11.2025
7 noyabr, Fineko/abc.az. Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.
ABC.AZ nazirliyə istinadən xəbər verir ki, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard 90 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından dördündə 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
10 Dekabr 2025
10 Dekabr 2025
11 Dekabr 2025