11:17 - 12.11.2025
12 noyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən “Şəfəq-Asiman” yatağında layihənin idarə edilməsini təmin etmək məqsədilə yeni müəssisə yaradıb.
ABC.AZ xəbər verir ki, yeni yaradılan “SOCAR Şəfəq-Asiman” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna götürülüb.
Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 121-də yerləşir. Bu ünvanda SOCAR Tower, baş ofis yerləşir. MMC-nin direktoru Rəşad Bəxtiyev Zahir oğludur.
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025