KOB-ların problemli kreditlərinin payı pandemiyadan sonra 2023-cü ilə qədər azalıb - Şiqehiro Şinozaki

12:23 - 12.11.2025


12 noyabr, Fineko/abc.az. 2020-2024-cü illərdə KOB kreditlərinin ümumi bank kreditlərində orta payı 12 ölkədə azalıb, 8 ölkədə artıb. ABC.AZ-ın məlumatına görə, bunu Asiya İnkişaf Bankının (ADB) baş iqtisadçısı Şiqehiro Şinozaki (Shigehiro Shinozaki) Bakıda keçirilən "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025"in təqdimat seminarında bildirib.

"Məsələn, Qafqazda və Mərkəzi Asiyada ümumi iqlim böhranları, çox güman ki, artım və dövlət dəstəyi ilə şərtlənən iqtisadi uyğunlaşma ilə bağlı olub. Beləliklə, şərti olaraq iki istiqaməti ayırmaq olar. Azərbaycan və Ermənistan kimi bəzi ölkələrdə KOB kreditlərinin payı tədricən azalıb ki, bu da iri şirkətlərin kreditləşdirilmə payının artması ilə üst-üstə düşüb. Digər ölkələrdə, məsələn Özbəkistanda, əksinə, KOB kreditlərinin payı yeni yaradılan Biznesin İnkişafı Bankı vasitəsilə dövlət maliyyə dəstəyinin gücləndirilməsi sayəsində artıb", - iqtisadçı əlavə edib.

Onun sözlərinə görə, KOB-ların problemli kreditlərinin payı pandemiyadan sonra 2023-cü ilə qədər azalıb, lakin 2024-cü ildə bütün regionda KOB-lara ayrılan kreditlərin məbləğində artım olduqca, yenidən artmağa başlayıb.

"Beləliklə, KOB-ların problemli kreditlərinin ümumi KOB kreditlərinə nisbəti 2020-ci ildə pandemiya zamanı 8,7 %-ə qədər yüksəldikdən sonra azalıb, 2023-cü ildə 7 % səviyyəsində sabitləşib, 2024-cü ildə isə yenidən 7,6 %-ə qədər artıb. Ümumilikdə, KOB-ların problemli kreditlərinin payı Qafqaz və Mərkəzi Asiyada azalmağa davam edib, lakin Cənubi Asiyada, eləcə də Cənub-Şərqi Asiya və Sakit okean regionunda artıb. Beləliklə, regionlar üzrə fərqli tendensiyalar müşahidə olunur", - Ş.Şinozaki vurğulayıb. © Report