"GL" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

14:40 - 12.11.2025


12 noyabr, Fineko/abc.az. 5 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 18.11.2025-ci il tarixində keçiriləcə.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı "GL" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2038020288

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı: 2,000 ədəd

İlkin ticarət qiyməti:1,000 manat

İstiqrazların buraxılış həcmi:2,000,000 manat

İllik gəlirlilik faizi:15%

Ödəmə Periodu: Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir

Tədavül müddəti:7 il

Ticarətə buraxılma tarixi:18.11.2025

Anderrayter:  “İnvest-AZ İnvestisiya Şirkəti” QSC