“S&P” Azərbaycanda qiymətlərin artım tempini 2026-cı ildə 4,5 faiz proqnozlaşdırır

12:10 - 13.11.2025


13 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “S&P Global Ratings” reytinq agentliyi iqtisadi göstəricilərlə bağlı bəzi proqnozunu açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən proqnozda Azərbaycanda inflyasiyanın 2026-2027-ci illərdə azalacağı qeyd edilib.

Belə ki, Agentlik bu ilin sonuna inflyasiya proqnozunu 6% müəyyən edib. “S&P” ölkədə qiymətlərin artım tempini 2026-cı ildə 4,5 faiz, 2027-ci ildə isə 4 faiz səviyyəsində proqnozlaşdırıb.

Daha dəqiq desək, reytinq agentliyinin qiymətləndirməsinə görə, inflyasiya növbəti illərdə tədricən sabitləşəcək və orta müddətli dövrdə 4–4,5 faiz intervalında formalaşacaq.

Müəllif: Elmir Murad