2024-cü ildə müvafiq istiqamət üzrə sığortaedənlərin sayı 5 dəfə artıb

12:31 - 13.11.2025


13 noyabr, Fineko/abc.az. 2024-cü il üzrə işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən 20 sığortaedən, 933 sığortaolunan üzrə hesablanmış 305,82 min manat sosial sığorta vəsaiti subsidiyalaşdırılıb.

ABC.AZ xəbər verir ki, bu Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün büdcə layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

Rəydə qeyd edilib ki, 2023-cü illə müqayisədə 2024-cü ildə müvafiq istiqamət üzrə sığortaedənlərin sayı 5 dəfə, sığortaolunan sayı 3,66 dəfə, hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə subsidiyalaşma isə 3,57 dəfə artıb.

Cari ilin I yarısının icra göstəricilərinə əsasən ümumilikdə “Sosial sığorta haqqında” qanunun müvafiq maddəsinin hər iki bəndi üzrə işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən 23 sığortaedən və 327 sığortaolunana hesablanmış 87,44 min manat vəsait subsidiyalaşdırılmışdır ki, bu da ötən ilin müvafiq göstəricisinin 28,6%-i həcmindədir.