13:59 - 13.11.2025
13 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Sahibkarlığın İnkişafı Fondu qadınların 498 investisiya layihəsinin maliyyələşdirilməsinə 27,9 milyon manat güzəştli kredit verib.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə əsasən, 10 ay ərzində qadınlara verilmiş kreditlərin hesabına 367 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
10 Dekabr 2025
10 Dekabr 2025
11 Dekabr 2025