11:07 - 14.11.2025
14 noyabr, Fineko/abc.az. 14 noyabr cümə günü saat 9:05-də (Bakı vaxtı ilə) Amerika S&P indeksinin fyuçersləri 0,95% itirərək 6753,5 təşkil edir. Ötən gün ABŞ indeksləri 1,65-2,29% azalma ilə yekunlaşmışdı.
ABC.AZ xəbər verir ki, cümə axşamı, Uoll Strit texnologiya və süni intellekt satışları və ABŞ FED-in faiz dərəcəsinin aşağı düşməsi ümidlərinin azalması fonunda bir aydan çox müddətdə ən pis gün keçirdi. Maykl Burri özünün “Scion Asset Management” Fondunu bağlayıb və AI nəhənglərinə qarşı mərcini gücləndirib.
Asiyada texnoloji şirkətlərin səhmlərinə davam edən təzyiq fonunda satışlar müşahidə olunur. Belə ki, Yaponiya indeksı Nikkei 225 1,7% azalaraq 50 394,34 bəndə düşüb, Çin Shanghai Composite indeksi 0,16% geriləyərək 4 022,89 bəndə enib. Honq-Konqun Hang Seng indeksi 1,26% azalaraq 26 732,99 bəndə düşüb, Cənubi Koreyanın KOSPI indeksi isə 3,19% geriləyərək 4 037,6 bəndə enib.
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025