TotalEnergies borclarını azaltmaq üçün Asiyada "yaşıl" aktivlərin bir hissəsini satacaq

11:26 - 14.11.2025


14 noyabr, Fineko/abc.az. TotalEnergies, borc yükünü azaltmaq üçün Asiyada bir sıra külək və günəş layihələrinin satışını nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, potensial gəlirin yüz milyonlarla dollar olduğu təxmin edilir. Şirkət, AB, ABŞ və Braziliya bazarlarına, habelə Hindistan və Cənubi Afrikada layihələrin inkişafına diqqət yetirərək strategiyanı dəyişdirir. Mümkün sövdələşmələr arasında “Adani Green Energy”-də payın azaldılması da var. TotalEnergies artıq borcunu azaldıb və ilin sonuna qədər ABŞ, Norveç və Nigeriyada 2 milyard dollarlıq aktiv satmağı planlaşdırır.