BOKT "İdeal Kredit"-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

12:23 - 14.11.2025


14 noyabr, Fineko/abc.az. 10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İdeal Kredit" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 21.11.2025-ci il tarixində baş tutacaq.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı : BOKT "İdeal Kredit" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001019978

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı: 10,000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 1,000,000 manat

İllik gəlirlilik faizi: 14%

Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir

Tədavül müddəti: 5 il

Ticarətə buraxılma tarixi: 21.11.2025

Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC