10 ayda 3 milyard 160,1 milyon manatlıq benzin və dizel yanacağı satılıb

14:50 - 14.11.2025


14 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 160,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə 7,8 % çoxdur.

Ötən 10 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.