AMB yüklülük reyestrinə dair aylıq statistik məlumatlar açıqlayacaq

15:12 - 14.11.2025


14 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) yüklülük reyestrindən istifadə səviyyəsinə dair məlumatları hər ay Statistik Bülletendə dərc edəcək.

ABC.AZ xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Maliyyə xidmətləri" indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.

Bildirilib ki, bu göstəricilər reyestrdə aparılan qeydiyyatların həcmi əsasında formalaşdırılacaq.

Məqsəd daşınar əmlakın yüklülük reyestrində şəffaflığı artırmaq, bazar iştirakçılarının məlumatlılığını gücləndirmək və təminat aləti kimi istifadə imkanlarını genişləndirməkdir.