Türkiyə iqtisadiyyatının 2025-2026-cı illər üzrə proqnozu

15:57 - 14.11.2025


14 noyabr, Fineko/abc.az. Türkiyədə inflyasiyanın 2025-ci ilin yekunlarına görə 32,2%, 2026-cı ilin sonuna isə 23,49% səviyyəsində olacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, oktyabr ayında proqnozlar müvafiq olaraq 31.77 % və 23.26 % təşkil etmişdi. Oktyabr ayında inflyasiya 32,87%-ə çatmışdı, hakimiyyət isə 25-29%-ə qədər azalma planlaşdırırdı.

İlin sonuna qədər əsas faiz dərəcəsi 42,85% (oktyabr ayında – 39,5%) səviyyəsində proqnozlaşdırılır. 2025-ci ilin nəticələrinə görə ÜDM-in artımı 3,4% (2024-cü ildə — 3,2 %) gözlənilir, BVF isə 2,7% proqnozlaşdırır.

İlin sonuna qədər lirənin dollara nisbəti 43,42 lirə / 1 dollar proqnozlaşdırılır; 14 noyabr tarixinə – 42,33 lirəyə.