16:47 - 17.11.2025
17 noyabr, Fineko/abc.az. Bernstein-in baş istehlakçı analitiki Melinda Hu hesab edir ki, Çin Pop Mart International Group-un Labubu oyuncaqları ətrafında ajiotajı maksimuma çatır. O əmindir ki, yeni satış drayverinin perspektivləri qeyri-müəyyəndir, buna görə kotirovkaların daha da böyüməsi potensialı məhduddur, deyə Bloomberg yazır.
Bernstein analitiki vurğulayıb: "Mən uzunmüddətli investorlara şirkət strategiyasını yenidən nəzərdən keçirənə qədər Pop Mart-da mövqelərini artırmağı məsləhət görməzdim".
ABC.AZ xəbər verir ki, Bernstein-in proqnozlarına görə, Pop Mart 2025-ci ildə gəlirlərin maksimum artım tempini göstərəcək (ildə təxminən 145%), lakin sonra marja azalmağa başlayacaq. Səbəb marketinq xərclərinin artmasıdır: şirkət öz personajlarının populyarlığını getdikcə daha çox dəstəkləməli və beynəlxalq genişlənməyə investisiya qoymalı olacaq.
Bloomberg qeyd edir ki, treyderlərin bazarda mövqeyi Pop Mart-ın qısamüddətli perspektivlərində artan şübhələrə işarə edir.
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025