16:28 - 18.11.2025
18 noyabr, Fineko/abc.az. Suriya uzun müddətdən sonra ilk dəfə Səudiyyə Ərəbistanından xeyli miqdarda neft idxal edib. “Petalidi” tankeri 90 min ton xammal gətirərək Suriyanın Banias limanına yan alıb.
ABC.AZ xəbər verir ki, bu tədarük Səudiyyə Ərəbistanının Suriyaya verdiyi təmənnasız yardımın bir hissəsidir. Suriyanın SANA informasiya agentliyi xəbər verir ki, bu cür dəstəyin məqsədi Suriya bazarının ehtiyaclarına kömək etmək və iki ölkənin iqtisadiyyatları arasında əməkdaşlıq yaratmaqdır.
Suriya neft şirkətinin nümayəndəsinin sözlərinə görə, bu, hələ başlanğıcdır. İlk partiya çərçivəsində səudiyyəlilər suriyalılara 650 min barel tədarük ediblər, bir neçə gündən sonra daha çox (təxminən 1 milyon barel) partiya gəlməlidir. Bütün bu neftin Baniasdakı yerli neft emalı zavodunda emalı planlaşdırılır.
Daha əvvəl bağlanmış razılaşma çərçivəsində səudiyyəlilər suriyalılara təxminən 1,65 milyon barel xam neft tədarük etməyi öhdələrinə götürmüşdürlər.
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025