09:24 - 19.11.2025
19 noyabr, Fineko/abc.az. Etalon markaların qiyməti dünən artdıqdan sonra çərşənbə günü hərracda azalır.
Brent markalı neftin yanvar fyuçersləri ICE Futures birjasında saat 09:20-ə olan məlumata görə $0,15 (0,23%), bir barel üçün $64,74-a düşüb. Noyabrın 18-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,69 (1,07%) artaraq bir barel üçün $64,89-a çatıb.
Saat 09:20-yə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri $0,13 (0,21%) azalaraq bir barel üçün $60,61-a düşüb. 18 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $0,83 (1,39%), bir barel üçün $60,74-a yüksəlib.
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025