10:43 - 19.11.2025
19 noyabr, Fineko/abc.az. Azərbaycanda iqtisadi artımın daha da sürətləndirilməsi üçün böyük potensial mövcuddur.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda bildirib.
O qeyd edib ki, makro səviyyədə buraxılış kəsirinin olması göstərir ki, iqtisadi artımın sürətləndirilməsi üçün imkanlar var.
V.Qasımlı hesab edir ki, iqtisadi artımı artıracaq başlıca istiqamət məhz investisiya xəttidir. "Bu çərçivədə 2027–2030-cu illər üçün sosial-iqtisadi inkişaf strategiyası üzərində işlər aparılır və sənəddə 10 milyard manatdan çox əsaslı vəsait qoyuluşu nəzərdə tutulur. Bununla yanaşı, Böyük Qayıdış proqramı çərçivəsində 2027–2030-cu illərdə 13,2 milyard manat həcmində investisiya yatırılması planlaşdırılır" - deyə, V.Qasımlı bildirib.
Müəllif: Elmir Muradov
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025