“AzSiğorta” əmlak sığortası üzrə 900 min manatdan çox ödəniş edib

16:08 - 22.10.2018


22 oktyabr, Fineko/abc.az. Azərbaycanın sığorta şirkəti “AzSığorta” ölkənin sığorta tarixində rekord ödəniş edib.

Şirkətin məlumatında deyilir ki, qida sənayesi müəssisələrinin birində qısa qapanma nəticəsində yanğın baş vermişdir.

“AzSiğorta” tərəfindən sığortalanmış obyekt, bu şirkət tərəfindən sığorta hadisəsi üzrə 900 min manatdan çox ödəniş almışdır”, - məlumatda belə deyilir.

“AzSiğorta” şirkəti əmlak sığortası sahəsində böyük təcrübəyə malikdir. Azərbaycanın regionlarında son bir neçə ildə 2 zəlzələ və bir neçə daşqın, Bakıda isə güclü külək və güclü leysan kimi təbiət hadisələri baş vermişdir. Operativ ödənişləri təşkil etmək üçün şirkət, hər belə hadisə zamanı gücləndirilmiş iş rejiminə keçməklə reaksiya verib. Misal üçün, bu yaxınlarda, Bakıda baş verən leysan zamanı birinci ödəniş artıq hadisədən 5 gün sonra edilmişdir.

Ümumiyyətlə, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində fiziki və hüquqi şəxslər tərəfindən sığortalanan əmlaka görə “AzSiğorta”nın ödənişləri 1,7 mln. manatı keçib.

“AzSiğorta” 2006-cı ildən bazarda fəaliyyət göstərir və Fitch Beynəlxalq reytinq agentliyi tərəfindən “B” sabitlik reytinqi alaraq, ölkənin ən sabit sığorta şirkətlərindən biri sayılır.

 

Bütün xəbərlər