Sığortaçılar “A-Qroup” şirkətindən razı, “Standard Insurance”dan isə narazı qaldılar

17:40 - 22.10.2018


22 oktyabr, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) sığortaçıların reytinqini açıqlayıb.

ASA-nın məlumatında deyilir ki,  reytinq xidmət keyfiyyətinin və müştərilərə yanaşma səviyyəsinə əsasən tərtib edilib.

Reytinqdə 22 sığorta və təkrar sığorta şirkətinin fəaliyyətini qiymətləndirilib.

Reytinqə “A-Group Sığorta” 8 balla liderlik edib, sonra siyahıda “PASHA Sigorta”, “Xalq Sigorta” və “Meqa Sigorta” şirkətləri yer alıb. 5-16 yerləri tutan şirkətlər 0 bal alıblar.

Daha sonra “AzərSığorta”, “Atəşgah Sığorta”, “AzSığorta”, “Günay Sığorta”, “AtaSığorta” və “Standard İnsurance” şirkətləri 0-dan 9 bal intervalında müəyyənləşdirilmişdir.

 

Bütün xəbərlər