10:09 - 21.11.2025
21 noyabr, Fineko/abc.az. 20 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRMAŞ GROUP" MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, emitent tərəfindən istiqrazların aşağıda qeyd olunmuş şərtlər daxilində geri satın almaq hüququ nəzərdə tutulur:
27-ci ayda – 2,500,000 AZN həcmində;
30-cu ayda – daha 2,500,000 AZN həcmində;
33-cü ayda – daha 2,500,000 AZN həcmində;
36-cı ayda – daha 2,500,000 AZN həcmində;
İstiqrazlar üzrə digər məlumatlar aşağıdakı kimidir: Emitentin adı: "AZƏRMAŞ GROUP" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN:AZ2001027302
İstiqrazların növü və forması:Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz (nominal dəyərinin 60 faizi üzrə İKZF tərəfindən zəmanət verilmiş)
Ticarət üsulu/forması:Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı:10,000 ədəd
İlkin ticarət qiyməti:1,000 manat
İstiqrazların buraxılış həcmi:10,000,000 manat
İllik gəlirlilik faizi:13%
Ödəmə Periodu:İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir ödəniləcəkdir
Tədavül müddəti:3 il
Ticarətə buraxılma tarixi:Emitent tərəfindən bildiriləcək
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
12 Yanvar 2026
12 Yanvar 2026
12 Yanvar 2026
12 Yanvar 2026
12 Yanvar 2026