Bu şirkət Qarqarçay hövzəsi üçün 2 milyonluq layihə hazırlayır

15:13 - 21.11.2025


21 noyabr, Fineko/abc.az. “Tikilməkdə olan obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi və “PROYAPI Mühəndislik və Müşavirlik” ASC-nin Azərbaycandakı filialı ilə müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Qarqarçay hövzəsi üzrə su axımının tənzimlənməsi və su ehtiyatlarından səmərəli istifadə edilməsi üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanır.

Layihənin dəyəri 1 967 060 AZN təşkil edir.