12:29 - 24.11.2025
24 noyabr, Fineko/abc.az. Bu ilin III rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi 2025-ci ilin II rübü ilə müqayisədə 100,7 faiz, o cümlədən yerüstü tikililər üzrə 100,8 faiz, yol və körpü tikintisi üzrə isə 100,3 faiz təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin II rübü ilə müqayisədə ilin III rübündə yaşayış evləri üzrə qiymət indeksi isə 100,4 faizə bərabər olub.
Eyni zamanda ötən ilin III rübü ilə müqayisədə bu ilin eyni dövründə yaşayış evləri üzrə qiymət indeksi 101,2 faizə, 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni aylarında isə sözügedən sahə üzrə qiymət indeksi 101,1 faiz təşkil edib.
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026