16:52 - 24.11.2025
24 noyabr, Fineko/abc.az. 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri üzrə artım nümayiş etdirsə də xidmətin maya dəyərinin daha yüksək dinamika ilə artması mənfəətlərinə təsir edib.
ABC.AZ xəbər verir ki, bu dövrdə müəssisələrin ümumi gəliri 494,2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 5,5% çoxdur. Artım əsasən nömrələrin satışından və iaşə xidmətlərindən əldə olunan vəsait hesabına formalaşıb.
Gəlirlərin strukturunda ən böyük payı nömrələrin satışı (308,3 milyon manat), ardından iaşə xidmətləri (132,6 milyon manat) tutur. Müalicə-sağlamlıq xidmətləri 13,9 milyon manat, digər xidmətlər isə təxminən 33,3 milyon manatlıq gəlir gətirib.
Hotellərin istehsal və xidmət xərcləri 400,5 milyon manat olub. Xərclərin əsas hissəsi əməkhaqqına (129,2 milyon manat), digər əməliyyat xərclərinə (123,1 milyon manat) və içkilər və yeməklərin hazırlanması üçün alınan mallara (65,4 milyon manat) yönəlib. Enerji və yanacaq xərcləri 29,3 milyon manat, vergilər isə 34 milyon manat təşkil edib.
Beləliklə, 2025-ci ilin ilk üç rübü üzrə sektorun ümumi mənfəəti təxminən 93,6 milyon manat olub. Halbuki, 2024-cü ilin müvafiq dövründə 106 milyon manata yaxın idi.
Dövlət Statistika Komitəsi isə keçən ay bildirmişdi ki, 2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,1 faiz artaraq 3 milyon 469,3 min olub.
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026