10:40 - 25.11.2025
25 noyabr, Fineko/abc.az. Mingəçevir Dövlət Universitetində (MDU) tədris prosesinin müasirləşdirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində növbəti addım atılır.
ABC.AZ xəbər verir ki, 2025/2026-cı tədris ilinin payız semestrindən etibarən bakalavriat və magistratura səviyyələrində 15 imtahan pilot layihə çərçivəsində kompüter vasitəsilə elektron formada təşkil ediləcək.
Cari tədris ilinin payız semestrindən etibarən “Proqramlaşdırmanın əsasları”, “Proqramlaşdırma dilləri-2”, “Müasir proqramlaşdırma dilləri və texnologiyaları”, “Kompüter arxitekturası”, “Elektronikanın əsasları”, “Dövrlər nəzəriyyəsi”, “STEM-1”, “STEM-2” və “İnformasiya təhlükəsizliyi” fənlərindən sessiya imtahanları xüsusi proqram təminatı vasitəsilə elektron formada keçiriləcək.
Elektron imtahan formatı tələbələrin biliklərinin ölçülməsini daha səmərəli edir, nəticələrin emalını sürətləndirir, imtahan prosesinin müasir texnologiyalar əsasında aparılmasına şərait yaradır, prosesdə obyektivlik və şəffaflığın təmin olunmasına və universitetin rəqəmsal transformasiya strategiyasının həyata keçirilməsinə imkan verir.
Bu formatda tələbələrə suallar elektron ekranda təqdim olunur və onlar cavablarını klaviatura vasitəsilə mətn formasında yazırlar. Sistem bütün cavabları avtomatik yadda saxlayır və imtahan başa çatdıqda cavablar ayrıca fayl şəklində formalaşdırılaraq müəllimə təqdim olunur. Açıq suallar yazılı imtahan modelində (Computer-based written) müəllim cavabları elektron sistem üzərindən oxuyaraq qiymətləndirir ki, bu həm imtahan prosesində operativliyi artırır, həm də qiymətləndirmədə şəffaflığı təmin edir.
17 Mart 2026
17 Mart 2026
17 Mart 2026
16 Mart 2026
16 Mart 2026