15:56 - 26.11.2025
26 noyabr, Fineko/abc.az. Özəl Xəbər. Uzun zamandır fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişaf1 Agentliyi (KOBİA) barədə fikirlər müxtəlifdir.
Bir çoxları KOBİA-nın xeyli vaxtdır fəaliyyətinin geniş coğrafiyanı əhatə etmədiyini düşünür.
Onlar hesab edir ki, KOBİA-nın fəaliyyəti daha çox Bakıda nəzərə çarpır, bölgələrdə isə ümumiyyətlə Agentliyin işi görsənmir. Məsələ ilə bağlı KOBİA-nın mətbuat katibliyinə sorğu ünvanladıq.
Agentlikdən ABC.AZ-ın sorğusuna cavabında bildirilib ki, KOBİA-nın xidmət və dəstək mexanizmləri həm Bakıda, həm da regionlarda fəaliyyət göstərən bütün sahibkarlıq subyektləri üçün bərabər şəkildə əlçatandır.
"Təlim va məsləhət xidmətləri göstərən KOB inkişaf mərkəzləri, habelə vahid məkan prinsipi ilə xidmət göstərən KOB evləri həm paytaxtda, həm də regionlarda sahibkarların istifadəsindədir.
Regionlarda sahibkarların məlumatlandırılması, dövlət dəstəyi alətlərinə çıxışının asanlaşdırlması və məsləhət xidmətlərinin təmin edilməsi üçün geniş KOB dostu şəbəkəsi fəaliyyət göstərir. Hazırda KOB dostları ölkənin təxminən 50 şəhər və rayonunu əhatə edir. Bu şəbəkə bölgələrdə yeni KOB-ların yaranması, mövcud bizneslərin inkişafı, eləcə də regionların iqtisadi potensialının reallaşdırılması istiqamətində fəal iş aparır.
Bölgələrdə sahibkarların dəstək alətləri və xidmətlər barədə daha çox məlumtlandınlması və onlardan faydalanması üçün KOBİA maarifləndirmə tədbirlərini, sahəvi görüşləri və sahibkarlarla birbaşa ünsiyyəti əsasən regionlarda genişləndirir. İndiyədək 24000-dən çox sahibkarın iştirakı ilə 650-dən artıq sahəvi və maarifləndirici görüş keçirilib ki, bunların böyük əksəriyyəti regionlann payına düşür"; - deyə Agentlikdən bildirilib.
Müəllif: Elmir Muradov
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026