16:16 - 26.11.2025
26 noyabr, Fineko/abc.az. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 2171,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
ABC.AZ DSK-ya istinadən xəbər verir ki, gələnlərin 24,4 faizi Rusiya Federasiyası, 17,4 faizi Türkiyə, 8,0 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,4 faizini kişilər, 33,6 faizini qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,1 dəfə, Tacikistandan – 1,8 dəfə, Yaponiyadan – 1,6 dəfə, İordaniyadan – 1,5 dəfə, Çindən – 49,4 faiz, Qırğızıstandan – 37,3 faiz, Özbəkistandan – 35,8 faiz, Qazaxıstandan – 19,4 faiz, Almaniyadan – 17,0 faiz, Kanadadan – 16,7 faiz, ABŞ-dan – 16,4 faiz, İtaliyadan – 16,3 faiz, Pakistandan – 12,7 faiz, Koreya Respublikasından – 11,8 faiz artıb.
16 Yanvar 2026
16 Yanvar 2026
15 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026