16:24 - 26.11.2025
26 noyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrindən Azərbaycana gələnlərin sayı 7,9 faiz artaraq 101,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz azalaraq 352,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 740,8 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 3,5 faiz artaraq 976,7 min nəfər təşkil edib.
ABC.AZ DSK-a Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,3 faizi hava, 22,4 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 1774,9 min nəfər olub. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 22,1 faiz, İrana gedənlərin sayı 4,3 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,8 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 42,0 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,2 faizi İrana, 23,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,7 faizini kişilər, 36,3 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,3 faizi hava, 27,8 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.
16 Yanvar 2026
16 Yanvar 2026
15 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026