AB təhlükəsiz pestisidlərin təsdiqlənməsini müddətsiz etmək istəyir

10:43 - 27.11.2025


27 noyabr, Fineko/abc.az. Avropa Komissiyası kimyəvi və bioloji pestisidlərin, eləcə də yem əlavələrinin verilməsini və təsdiqlənməsini asanlaşdıracaq düzəlişlər hazırlayır.

ABC.AZ xəbər verir ki, bunun səbəbi, aktiv maddələrin çatışmazlığı və Avropa Məhkəməsinin qlifosat icazəsinin uzadılmasına yenidən baxılmasını tələb edən son qərarıdır.

Fermerlər və şirkətlər üçün qeyri-müəyyənliyi azaltmaq üçün AK, yüksək risk yaratmadığı təqdirdə yeni aktiv maddələrin müddətsiz təsdiqlənməsini təklif edir.