330x110
 

Berat Albayrak iqtisadi əməkdaşlığın yeni üfüqlərini müzakirə etmək üçün Bakıya gəldi

24.10.2018,10:41


24 oktyabr, Fineko/abc.az. Bu gün Bakıda “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatında deyilir ki, simpozium ASK və Türkiyənin İktisadi Araştırmalar Vakfı tərəfindən təşkil edilib.

“Simpoziumda Türkiyənin müxtəlif xidmət sahələrinə aid şirkətlərin nümayəndələri iştirak edəcək və onlarla Azərbaycan iş adamları B2B formatında  görüşlər keçirəcəklər”, - məlumatda belə deyilir.

Simpoziumun açılışı Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyə iqtisadiyyat naziri Berat Albayrakın iştirakı ilə keçiriləcək.