10:17 - 1.12.2025
1 dekabr, Fineko/abc.az. Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən bəri 18,1 milyard dollar artıb.
ABC.AZ xəbər verir ki, bu barədə şirkət səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Billionaires Index”də dərc olunan məlumatlarda bildirilir.
“Bloomberg Billionaires Index”in məlumatına görə, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Alişer Usmanov ilin əvvəlindən 5,32 milyard dollar qazanıb, onun sərvəti 18,5 milyard dollara çatıb. Ural Dağ-Metallurgiya Şirkətinin təsisçisi İskəndər Mahmudovun sərvəti isə 4,43 milyard dollar artaraq 7,56 milyard dollara yüksəlib. Eyni zamanda, “Telegram” messencərinin həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 2,44 milyard dollar qazanıb, onun sərvəti 13,4 milyard dollar təşkil edib. “Wildberries”in təsisçisi Tatyana Kim isə 654 milyon dollar qazanıb və onun sərvəti 8,03 milyард dollara qədər artıb.
Qeyd edək ki, “Bloomberg Billionaires Index” 2012-ci ilin mart ayından bəri dərc olunur və dünyanın 500 ən varlı adamının sərvətini nəzərə alır.
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
21 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026