Mişustin və Cabbarov vergi inzibatçılığı sahəsində rəqəmsal yenilikləri müzakirə ediblər

11:12 - 24.10.2018


24 oktyabr, Fineko/abc.az. Azərbaycan vergilər naziri Mikayıl Cabbarov Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşüb.

Nazirliyin məlumatına görə, görüş zamanı əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

“Tərəflər görüş zamanı qeyd ediblər ki, hazırda dünya vergi orqanlarının prioritet fəaliyyət istiqamətlərindən biri vergi inzibatçılığında informasiya texnologiyalarının daha geniş tətbiqinə nail olmaqdır. Bu mənada, hər iki ölkədə rəqəmsal texnologiyaların tətbiqi sahəsinə xüsusi diqqət yetirilir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, görüşdə Rusiyanın vergi inzibatçılığında rəqəmsal texnologiyalar sahəsində tətbiq olunan son yeniliklərlə bağlı təqdimat keçirilib.

 


Bütün xəbərlər