15:02 - 1.12.2025
1 dekabr, Fineko/abc.az. 1 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 05.12.2025-ci il tarixində keçiriləcək.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı : "GL" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2039020287
İstiqrazların növü və forması:Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı: 2,000 ədəd
İlkin ticarət qiyməti: 1,000 manat
İstiqrazların buraxılış həcmi: 2,000,000 manat
İllik gəlirlilik faizi:15%
Ödəmə Periodu: Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir
Tədavül müddəti: 7 il
Ticarətə buraxılma tarixi:05.12.2025
Anderrayter: “İnvest-AZ İnvestisiya Şirkəti” QSC
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026