330x110
 

Azərbaycanda mobil iqamətgahın tətbiqinə başlandı

24.10.2018,15:58


24 oktyabr, Fineko/abc.az. Bu gün Bakıda mobil iqamətgahın təqdimatı keçirilib.

Azərbaycan mobil iqamətgahın istifadəsi üzrə Estoniyadan sonra ikinci ölkədir.

ASAN imza qeyri-rezidentlərinə  e-rezident statusu verilməsini nəzərdə tutan mobil iqamətgah sayəsində qeyri-rezidentlər bir gün ərzində Azərbaycanda şirkət qeydiyyatdan keçirə biləcəklər.

Azərbaycanda ilk elektron rezidentlər AB-nin nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl Tuveycridir.