Dövlət hesabına verilmiş ipoteka kreditlərinin məbləği açıqlanıb

15:03 - 3.12.2025


3 dekabr, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 56 310 borcalana 3,713 milyard manat kredit verilib.

ABC.AZ  Fondun  məlumatına istinadla xəbər verir ki, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 676 798 milyon manata bərabər olub.

Bundan başqa, 8 699 mənzil isə kirayə vermək yolu ilə realizə edilib.