16:09 - 3.12.2025
3 dekabr, Fineko/abc.az. (özəl xəbər) Bildiyiniz kimi, 2025-ci ildə Azərbaycana gələn turistlərin sayında kəskin azalma var. Hətta, məsələ dekabrın 2-də Milli Məclisdə müzakirə olunub. Deputat Qüdrət Həsənquliyev çıxışında bildirib ki, xaricdən Azərbaycana gələn turistlərin azalması araşdırılmalıdır.
Məsələni ABC.AZ-a şərh edən turizm eksperti Ceyhun Aşurov bildirib ki, azalmanın obyektiv və subyektiv səbəbləri var.
Yayda İran-İsrail münaqişəsini xatırladan ekspert azalmanın əsas səbəblərini açıqlayıb:
"Yay mövsümündə, yəni insanların daha çox səyahət etdiyi vaxtda Azərbaycanın cənubunda İran və İsrail arasında olan 10 günlük müharibə ciddi şəkildə turizm bazarına təsir göstərdi. Həmin dövrdə hava məkanları bağlı olduğu üçün körfəz ölkələrindən gəlmələr azaldı. Həmin dövrdə İran və İsrail üzərindən uçan təyyarələr də artıq uzun trayektoriyalarla Azərbaycana gəlməli olurdu, bu isə 3 saatlıq uçuşları 7-8 saata qədər uzatmış oldu. Bu halda əlbəttə ki, turistlər alternativ bazarlara yönlənmiş oldular. Çünki, uzun məsafə qət etmək turistlər üçün o qədər də əlverişli hesab olunmur. Bundan başqa Azərbaycanın hədəf bazarlarından olan Hindistanın Pakistanla arasındakı gərginliklər ordan Azərbaycana gəlməni kəskin azaltdı. Hindistanda siyasi olaraq Azərbaycanın Pakistana dəstəyi, eyni zamanda Hindistandan Azərbaycana getməmək çağırışları, bütün bunların fonunda kəskin azalmalar olub. Çünki, 2024-cü ildə Hindistandan təxminən 250 minə yaxın turist gəlmişdisə burda da azalma öz təsirini göstərmiş oldu. Amma, biz turizm sektoru olaraq daha çox əcnəbilərin hotellərdə sayının azaldığını müşahidə edirik".
Müəllif: Elmir Muradov
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
21 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026