17:03 - 3.12.2025
3 dekabr, Fineko/abc.az. (özəl xəbər) Azərbaycanda atlara və dəvələrə mikroçip taxılacağı xəbəri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Bunun mahiyyətini başa düşməyən bəzi sosial media istifadəçiləri bunu mənasız addım hesab etdiklərini yazıblar.
Məsələ ilə bağlı ABC.AZ-ın ünvanladığı sorğuya Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, heyvanların identifikasiyası, heyvan və heyvan mənşəli məhsulların izlənilməsi ölkəmizdə bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunmasında xüsusi əhəmiyyət kəsb edir:
"Azərbaycanda bütün kənd təsərrüfatı heyvanları, o cümlədən atlar və dəvələr identifikasiya olunmalı və qeydiyyata alınmalıdır. Atların və dəvələrin identifikasiyası üçün xüsusi mikroçiplərin tətbiqi nəzərdə tutulub. Mikroçiplərin istifadəsi heyvanların fərdi şəkildə qeydiyyata alınmasını asanlaşdırır, heyvan barəsində zəruri məlumatlar elektron məlumat bazasında toplanır və onların həyat dövrü boyunca izlənilməsini təmin edir. Heyvanların identifikasiyası heyvan mülkiyyətçilərinin iqtisadi və hüquqi məsuliyyətidir. İdentifikasiya sistemi əsasında heyvanların məruz qaldığı baytarlıq tədbirləri (peyvəndləmə, antibiotiklərin və digər baytarlıq preparatlarının tətbiqi və s.), həmçinin diaqnostik nəticələr barədə məlumatlar əldə etmək mümkündür. İdentifikasiya heyvan sağlamlığının və rifahının qorunması, xəstəliklərin vaxtında diaqnostikası və qarşısının alınması, təsərrüfatların səmərəli idarəolunması, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də, itmiş heyvanların operativ şəkildə tapılması kimi amillər üçün əhəmiyyətli faktor hesab olunur. Heyvanların identifikasiyası ölkə qanunvericiliyi ilə tənzimlənir, məcburidir və dəyəri heyvan mülkiyyəçilərinin vəsaiti hesabına ödənilməlidir".
Xatırladaq ki, artıq Qida Təhlükəsizliyi İnstitutu bunun üçün tender müsabiqəsi elan edib. AQTİ atlar və dəvələr üçün ümumilikdə 5 000 ədəd mikroçip alacaq və bunun üçün 12 min 833 manat ödəyəcək.
Müəllif: Elmir Muradov
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026