"BİR KREDİT BOKT" istiqrazlarının “Ticarətə İcazə” qərarı verildi

10:45 - 4.12.2025


4 dekabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİR KREDİT BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki,qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.12.2025-ci il tarixində başlayıb, 06.01.2026-cı il tarixində bitəcək.

AZ2002027731 İSİN kodlu istiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi 9 yanvar 2026-cı il tarixində həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:Emitentin adıI:"BİR KREDİT BOKT" MMC

İstiqrazın növü və forması:Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu / forması:Kütləvi / Abunə Yazılışı

İstiqrazların sayı:20,000 (ədəd)

İlkin ticarət qiyməti:100 manat

İstiqrazların buraxılış həcmi:2,000,000 manat

İllik gəlirlilik faizi:11.5%

Ödəmə periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir.

Tədavül müddəti: 1 il

Ticarətə buraxılma tarixi: 09.01.2026

Anderrayter:  “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC