“Blue Origin” süni intellekt tərəfindən hazırlanmış Ay üçün enerji mənbəyini təqdim edib

15:57 - 5.12.2025


5 dekabr, Fineko/abc.az. Yeni texnologiya — “Ay tozsoranı” — tozu elektrik enerjisinə çevirir.

ABC.AZ-ın məlumatına görə, ideya Istari Digital startapı tərəfindən süni intellektin köməyi ilə hazırlanıb.

Cihazın məqsədi Ay ekspedisiyalarının enerji təminatı yanaşmasını köklü şəkildə dəyişdirməkdir. Yanacaq kimi isə Ay reqoliti istifadə olunur.