16:55 - 5.12.2025
5 dekabr, Fineko/abc.az. BP şirkəti Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərlərinin operatoru rolunun təhvil verilməsi ilə bağlı danışıqlar aparır.
ABC.AZ xəbər verur ki, bu barədə şirkətin Gürcüstandakı nümayəndəliyindən “Business Media” nəşrinə məlumat verilib.
Bildirilib ki, qüvvədə olan müqavilələrə uyğun olaraq, BP boru kəmərləri sisteminin operatorluğunun ötürülməsi üzrə danışıqları müvafiq tərəflərlə aparır. Danışıqların əsas istiqaməti Gürcüstanda yerləşən Bakı-Supsa neft kəmərinə aid obyektlərin Gürcüstanın Neft və Qaz Korporasiyası və yaxud onun təyin etdiyi operatora qaytarılması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin idarəçisi, baş operatoru və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) funksiyalarının “SOCAR Midstream” şirkətinə ötürülməsindən ibarətdir.
BP hər iki boru kəmərinin operatorluğundan çıxmasına baxmayaraq, BTC və CQBK-nin səhmdarı olaraq qalır. Şirkət BTC səhmlərinin 30,1%-nə, CQBK səhmlərinin isə 29,99%-nə sahibdir.
Operator funksiyalarının ötürülməsi prosesinin başa çatdırılması müvafiq sazişin əldə olunacağı təqdirdə, 2026-cı ilin birinci yarısının sonuna planlaşdırılıb. ©APA
15 Yanvar 2026
15 Yanvar 2026
15 Yanvar 2026
15 Yanvar 2026
15 Yanvar 2026
13 Yanvar 2026