330x110
 

Çin Milli Elektrik Mühəndisliyi Korporasiyası Azərbaycanda avtomobil şinləri istehsal etmək istəyir

25.10.2018,13:02


25 oktyabr, Fineko/abc.az. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin nümayəndələrini qəbul edib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüş zamanı qeyd edilmişdir ki, Azərbaycan “Bir kəmər - Bir yol” strategiyasını dəstəkləyir.

“Nazir Şahin Mustafayev qeyd edib ki, 2017-ci ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 20% artıb. Bu ilin yanvar-sentyabr aylarında isə ticarət dövriyyəsi 848,9 milyon dollar təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 50%-i Azərbaycanın payına düşür. Azərbaycanda 100-dən çox Çin sərmayəli şirkət fəaliyyət göstərir. CNEEC şirkətinin də Azərbaycanda iş təcrübəsi var”, - məlumatda belə deyilir.

CNEEC-in vitse-prezidenti Zheng Chengjun öz növbəsində qeyd edib ki, şirkət, Azərbaycanda avtomobil şinlərinin istehsalı sahəsində əməkdaşlıqda maraqlıdır, bu məqsədlə ölkəmizdə reallaşdırmaq niyyətində olduqları layihəyə dair təqdimat keçirib.

Görüşün sonunda “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “CNEEC” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.