09:45 - 8.12.2025
8 dekabr, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda etalon markaların qiyməti artır.
Brent markalı neftin fevral fyuçersləri ICE Futures birjasında saat 09:40-a olan məlumata əsasən $0,16 (0,25%) artaraq bir barel üçün $63,91-ə yüksəlib. Dekabrın 5-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,49 (0,77%) artaraq bir barel üçün $63,75-a çatıb.
Saat 09:40-a olan məlumata əsasən NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin dəyəri $0,16 (0,27%) artaraq bir barel üçün $60,24-ə yüksəlib. 5 dekabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,41 (0,69%), bir barel üçün $60,08-a yüksəlib.
Ötən həftənin nəticələrinə görə, Brent nefti 2,2%, WTI isə 2,6% bahalaşıb.
15 Yanvar 2026
15 Yanvar 2026
15 Yanvar 2026
13 Yanvar 2026