Mis biraz bahalaşır

10:25 - 8.12.2025


8 dekabr, Fineko/abc.az. Misin dəyəri əvvəlki həftənin sonunda nəzərəçarpacaq dərəcədə artdıqdan sonra bazar ertəsi səhər cüzi yüksəlir.

ABC.AZ xəbər verir ki, bu barədə ticarət məlumatlarında deyilir.

Saat 9.43-ə olan məlumata görə (Bakı vaxtı ilə) Comex birjasında misin mart fyuçersləri 0,11% bahalaşaraq funt başına 5,468 dollara (təxminən 0,45 kq) çatıb.

Ötən həftə ərzində metalın ümumi qiymətləri 3,6% artıb.

London metal birjasında (LME), cümə ticarətinin nəticələrinə görə, üç aydan sonra çatdırılma ilə bir ton misin dəyəri 1,49% artaraq 11,620,5 dollara, alüminium - 0,22% azalaraq 2,897,5 dollara, sink dəyəri 0,24% artaraq 3,098 dollara yüksəlib.