14:47 - 8.12.2025
8 dekabr, Fineko/abc.az. (özəl xəbər) Xatırlayırsınızsa ötən həftələrdə Milli Məclisdə Azərbaycanda turizmin zəiflədiyi, ölkəyə turistlərin gəlişinin kəskin azaldığı müzakirə olunmuşdu.
Deputatlar bunu dövlət səviyyəsində araşdırılmalı olduğunu dilə gətirmişdi.
Azərbaycana turizmin sektorunun zəifləməsini bir çoxları quru sərhədlərin bağlı olması ilə əlaqələndirsə də, ölkəmizə turist axının azalmasını burada qiymətlərin baha olması ilə izah edənlər də az deyil.
ABC.AZ-ın sualını cavablandıran ekspert Ceyhun Aşurov sonuncu versiya ilə razılşamır, əksinə Azərbaycanda hotel və restoranların qiymətlərinin qonşu ölkələrdəkindən daha ucuz olduğunu hesab edir.
Lakin, turist axınına müsbət təsir edən əsas amillərdən biri olan təyyarə qiymətlərində və hava daşıcılığında Azərbaycanın qonşularına uduzduğunu düşünür:
"Təyyarə biletləri baha olduğu üçün turist axınında biz qonşu ölkələrə uduzuruq. Arzu olunan odur ki, ümumiyyətlə biletlər rəqabətli olsunlar. Başqa dövlətlərlə müqayisədə, xaricdən Azərbaycan istiqamətindəki hava daşıcılığındakı biletlərdə ciddi şəkildə, hamının hiss edəcəyi, turistlərin də ciblərinə təsir edəcəyi qiymət formalaşsın. Və ya o qiymətdə fəaliyyət göstərən ucuz hava daşıyıcıları bizim bazara daxil olsunlar. Çünki, bunun üçün kifayət qədər potensial var. Söhbət ondan gedir ki, Azərbaycanda hazırda 9 beynəlxalq hava limanı var, buna baxmayaraq uçuşlar daha çox Bakı Beynəlxalq Hava limanı üzərindən həyata keçirilir. Digər bizim hava limanlarımız demək olar ki, istifadəsiz qalır".
Müəllif: Elmir Muradov
15 Yanvar 2026
15 Yanvar 2026
13 Yanvar 2026