DGK sərhəd buraxılış məntəqələri istiqamətində terminallar tikəcək

14:56 - 8.12.2025


8 dekabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi gələcəkdə sərhəd buraxılış məntəqələri istiqamətində terminalların, TIR-parkların inşasını planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu Komitənin nümayəndəsi Vasif Qurbanov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, qurum hazırda həm sərhəd buraxılış məntəqələrində, eləcə də terminallarla bağlı infrastruktur layihələri həyata keçirir: "Bizim gələcək layihələrimizdən biri də sərhəd buraxılış məntəqələri istiqamətində terminalların, TIR-parkların tikilməsidir. Həmin tır-parklarda servislər olacaq, eləcə də digər şəraitlər yaradılacaq. Həmçinin burada elektron növbə sisteminin tətbiqi nəzərdə tutulub. Yəni bu layihə də qısa müddətdə təsdiqləndikdən və maliyyə vəsaiti ayrıldıqdan sonra həyata keçiriləcək". ©Report